Arif Yunusun işi məhkəməyə göndərildi

Arif Yunusun işi məhkəməyə göndərildi
  03 İyul 2015    Oxunub:2126
Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən A.Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb və ittiham aktı təsdiq olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib.


Teqlər:





Xəbər lenti