AMEA-nın Baş Fəaliyyət Planı hazırlanıb

AMEA-nın Baş Fəaliyyət Planı hazırlanıb
  02 İyul 2015    Oxunub:2541
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın 70 illik yubiley tədbirinə hazırlıqla əlaqədar işçi qrupunun ilk müşavirəsi keçirilib.
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev görüləcək işlər və qarşıda duran məsələlər haqqında ətraflı məlumat verib.

Akademik sözügedən tədbirin əhəmiyyətini nəzərə alaraq Baş Fəaliyyət Planı hazırlandığını bildirib və ayrı-ayrı istiqamətlər üzrə təkmilləşdirilmiş alt fəaliyyət planlarının hazırlanması üçün müvafiq bölmələr üzrə məsul şəxslərə tapşırıq verib.

AMEA-nın akademik-katibi əlavə edib ki, yubiley tədbiri ilə əlaqədar olaraq Akademiya haqqında sənədli filmin çəkilişləri davam etdirilir, eləcə də AMEA-nın 70 illik fəaliyyətini özündə əks etdirən nəşrlər çapa hazırlanıb, müxtəlif təbliğat materiallarının hazırlanması və tədbirin müasir İKT təminatına dair bir sıra tədbirlər görülüb.

Müşavirədə Akademiyanın beynəlxalq əlaqələr istiqamətində qarşıda duran vəzifələr, həmçinin AMEA-nın genişlənən sərgi fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tapşırıq və tövsiyələr verilib.


Teqlər:





Xəbər lenti