`Yerevanda etirazlar davam edəcək` - Sarkisyan

`Yerevanda etirazlar davam edəcək` - Sarkisyan
  30 İyun 2015    Oxunub:2899
Ermənistanın paytaxtı Yerevanda, Marşal Baqramyan küçəsində keçirilən etiraz aksiyaları nümayişçilərin bütün tələbləri yerinə yetirilənə qədər davam edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında etirazçıların liderlərindən biri Maksim Sarkisyan bildirib.

“Biz üç tələbimiz – 17 iyun qərarı (elektrik enerjisi tariflərinin qaldırılması) ləğv olunması, qiymətlərin aşağı salınması, 23 iyun mitinqi dağıdılmasında günahkar olan şəxslər cəzalandırılması, yerinə yetirilməyənə qədər orada qalacağıq”, - deyə Sarkisyan qeyd edib.

Lakin o, tələblərinin yerinə yetirilib yetilməyəcəyini bilməyib: “Onların bunu eləmək imkanları var, ancaq istəkləri yoxdur”. Onun sözlərinə görə, etirazçılar öz aksiyalarını müddətsiz şəkildə davam etdirmək niyyətindədirlər.

“Biz heç bir qanunu pozmuruq. Sakinlərə narahatlıq verdiyimizin fərqindəyik, lakin onlara dözmək lazımdır. Mən özüm sürücüyəm, Marşal Baqramyan prospekti ilə birbaşa getmək mənim üçün rahatdır. Lakin biz ümumi maraqlar üçün mübarizə aparırıq”, - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti