Abituriyentlər psixoloji testdən keçiriləcək

Abituriyentlər psixoloji testdən keçiriləcək
  30 İyun 2015    Oxunub:2076
Bakı İslam Universitetinə qəbul qaydalarında dəyişiklik edilib.
Universitetdən AzVision.az-a verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyulun 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, mayın 17-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti