Səhiyyə Nazirliyinə məktub

Səhiyyə Nazirliyinə məktub
  30 İyun 2015    Oxunub:2354
London Olimpiadası Təşkilat Komitəsi Tibbi Xidmətlərinin sabiq rəhbəri və I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Dr. Pamela Venninq I Avropa Oyunları keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məktub ünvanlayıb.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Nazir, zaman gəldi ki, mən artıq Bakını tərk edir və Birləşmiş Krallığa qayıtmalıyam. Mən Avropa Oyunlarının yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində, planlaşdırma və fəaliyyətə, həmçinin inanılmaz əməkdaşlıq nümunəsinə görə sizə və sizin rəhbərlik etdiyiniz komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm.

Səhiyyə Nazirliyi Avropa Oyunları Tibbi Xidmətlər Standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirmişdir. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışmışsınız. Təcili və Təxirəsalınmaz Yardım və Hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi.

Bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istərdim. Onlar, böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəlmiş və işin müvəffəqiyyətinə əmin olaraq bütün nəzarəti öz üzərilərinə götürmüşdürlər. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir. Bu komanda öz növbəsində peşəkar işləri ilə həkimləri, tibb bacılarını və tibb tələbələrini ruhlandırmış və onlara ilham vermişdir.

Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcəkdir və mən böyük maraqla bunları izləyəcəyəm.

Hədsiz qürur hissi ilə deyirəm ki, Sizinlə və Sizin Komanda ilə çalışmaq mənə nəsib olub”.


Teqlər:  





Xəbər lenti