Möhtəşəm musiqi layihəsi: “Qarabağ Üçün Oxu-1” – VİDEO

Möhtəşəm musiqi layihəsi: “Qarabağ Üçün Oxu-1” – VİDEO
  30 İyun 2015    Oxunub:55371
AzVision.az saytı “Qarabağ Üçün Oxu” layihəsinin birinci buraxılışını təqdim edir.

"Qarabağ üçün oxu"
- məşhur qlobal layihənin ("Playing for Change") Azərbaycan versiyasıdır. Layihə `Səslərimizi Qarabağ üçün birləşdirək!` şüarı altında həyata keçirilir.

İlk buraxılışda 150 peşəkar və həvəskar musiqiçi iştirak ediblər. Onların arasında bütün ölkədə tanınan və sevilən ifaçılar, o cümlədən, xalq artisti Flora Kərimova, İlham Nəcəfov, Natiq Şirinov, Şirzad Fətəliyev, Ehtiram Hüseynov, Mansurov qardaşları, Həsənağa Sadıqov və başqaları da var.

Layihə iştirakçıları 3 mahnı ifa ediblər: “Durnalar”, “Qarabağ” və “Yaşa, Azərbaycan”. Çəkilişlər Azərbaycanın 17 rayonunda aparılıb. Həmçinin 7 xarici ölkədən iştirakçılar da qatılıblar.

Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbər və aranjmançı gənc müğənni Rəmal Rəsul, rejissoru Elvin Rüstəmzadə, montaj rejissoru Azər Həsənov, koordinatorlar Yaqub İlyasov və Gülsüm Məcidovadırlar.

AzVision.az




Teqlər:  





Xəbər lenti