Millət vəkili konsert təşkil edəcək

Millət vəkili konsert təşkil edəcək
  30 İyun 2015    Oxunub:2010
Millət vəkili Qənirə Paşayeva sağlamlıq imkanları məhdud olan bir şəxsin konsert proqramını təşkil edəcək.
AzVision.az-ın məlumata görə, bu barədə millət vəkilinin özü məlumat verib:

“Bu gün yerimə imkanları məhdud olan, əlil arabasında gəzməsinə baxmayaraq yorulmadan çalışan, fəal sənətçi qardaşımız Mehmanla söhbət etdik, qayğıları ilə maraqlandıq. İnşallah sentyabrda Mehmanın R.Behbudov teatrında gözəl konsertini təşkil edəcəyik və insanlarımız onu daha da yaxından tanıyacaq. Mehmanın istəklərindən biri televiziya kanallarının onları da dəvət etməsidir. Televiziyalarımız minlərlə sağlamlıq imkanları məhdud gənclərimizdə özünəinam hissini daha da gücləndirəcək Mehman kimi insanlara xüsusi diqqət ayırmalıdır. Elə tədbirlər təşkil edən insanlarımız da. Mehman sənətçi kimi də daim öz üzərində çalışır və daha da inkişaf edir. Mehmana hər zaman uğurlar diləyirik”.

AzVision.az



Teqlər:





Xəbər lenti