Açılış mərasimi başa çatdı - VİDEO (FOTOLAR)

Açılış mərasimi başa çatdı - VİDEO (FOTOLAR)
  13 İyun 2015    Oxunub:18387
Birinci Avropa Oyunlarının açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.

* * *

Stadionda 1796 rəqqas möhtəşəm rəqs - `Yallı` ifa edirlər. 20.000 simvolik nar dənəsi - sevgi işarəsi stadiona yağır...

* * *

VƏ... İLK AVROPA OYUNLARININ MƏŞƏLİ ALOVLANDIRILDI!!!

Məşəlin alovlanması möhtəşəm atəşfəşanlıqla müşayiət olunur.

* * *



Səhnədə gözəl rəqsin fonunda yerdən simvolik Qobustan qayalıqları qalxmağa başlayır... Balabanda `Sarı Gəlin` ifa olunur, rəmzi tamaşa davam edir.
Meydanda yanan alovlardan insan fiquru forlamaşır...

* * *

Alim Qasımov `uçan xalça`nın üzərində muğam oxuyur. Yerdə isə Bahar Qız əlində səməni gəzir, onun keçdiyi yerlərdə simvolik quru torpaq yaşıllaşır. Səhnədə su hövzəsi yaranır...

* * *

Prezident İlham Əliyev I Avropa Oyunların açıq elan etdi.

Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki çıxış edir.

* * *

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qonaqları salamlayır.

* * *

Stadionda möhtəşəm bir kompozisiya göstərilir: yerdə işıqlarla Avropa xəritəsi çəkilir, onların üstündə havada Zevs ilə Avropanın mifik obrazları `gəzişirlər. Avropa rolunda məşhur sirk ustası Robin Simpsondur.

* * *



Tanınmış idmançılar Avropa Olimpiya Komitəsinin bayrağını meydana gətirdilər.

* * *

Ledi Qaqa Con Lennonun əfsanəvi `İmagine` mahnısını ifa etdi...

* * *

Nəhayət, Azərbaycanın olimpiada komandası da meydana daxil oldu. Bizim komandanın bayrağını Elmar Qasımov daşıyır.

* * *

İdmançılar meydana daxil olmağa başladılar. Qeyd edək ki, yarışlarda 50 ölkədən 6000-dən çox idmançı iştirak edir.

* * *

Meydana yuxarıdan böyük bir nar endirilir. Onun diametri 11 metrdir.
Nar parçalanır və onun `dənələri` stadiona yayılır...

* * *

Şou dahi Nizami Gəncəvinin əsərləri əsasında qurulan kompozisiyalarla davam edir. Onları Qara Qarayevin `İldırımlı yollarla` musiqisi müşayiət edir.

* * *

Paralimpiya çempionu İlham Zəkiyev məşəli Olimpiya stadionuna gətirdi.
Simvolik olaraq torpağa basdırılan Olimpiya Alovu böyüyüb çoxalır və meydanda Nizami Gəncəvinin özü, həmçinin qəhrəmanları peyda olurlar.

* * *

Azərbaycan Prezidenti və xanımı salamlanandan sonra himnimiz çalındı, 11 əsgər bayrağımızı qaldırdı.

* * *

Tədbir xalq artisti Alim Qasımovun muğam oxuması ilə başlayıb. `Natiq-Ritm` qrupu onu əvəzləyib. `Cəngi` sədaları altında baş tutan kütləvi rəqsdə rəngini dəyişən paltarlarla gözəl mənzərələr yaradılıb. Sonda onlar Azərbaycanın bayrağını əmələ gətiriblər.

***
Bu gün saat 21:00-da Bakıda İlk Avropa Oyunlarının açılış mərasimi başlayacaq. Yeni inşa edilmiş Olimpiya Stadionu tarixi hadisəyə ev sahibliyi edəcək.

17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti