`Dövlətdən mənimsədikləri pulu qaytarsınlar` - Siyavuş Novruzov

`Dövlətdən mənimsədikləri pulu qaytarsınlar` - Siyavuş Novruzov
  30 May 2015    Oxunub:2144
“Onların arasında elələri var ki, bir vaxtlar hakimiyyətə yaxın olan adamlar kimi adları çəkilir. Amma yenə deyirəm, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında cavab verir”
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş NovruzovunAPA-ya müsahibəsində deyib.

YAP rəsmisi banklara kredit borcu olan iş adamlarının həbsinə münasibət bildirib.

S.Novruzov vurğulayıb ki, kimliyindən aşlı olmayaraq, hər kəs qanun qarşısında cavab verməlidir.

“Bu məsələ bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Kimsə kredit götürüb qaytarmayıbsa, xalqın, dövlətin vəsaitini mənimsəyibsə, cavab verməlidir. Mənimsədiyini geri qaytarmalıdır. Cənab prezident bütün çıxışlarında istər məmurlara, istər digər şəxslərə bildirir ki, hər şey xalq üçün, cəmiyyət üçün olmalıdır. Tikilən, qurulan hər şey xalqın olmalıdır. Axı həmin şəxs vəzifəyə təyin olunmur ki, xalqı qapı arxasında saxlasın. Əksinə, vəzifəyə təyin olunur ki, xalqın problemlərini həll etsin. Xalqı dövlətdən narazı salmasın, əksinə, razı salsın. İnsanlar bizdən razı qalmalıdır. Həmin şəxslərdən də kimsə bu prinsipə əməl etməyəcəksə, o həm tutduğu vəzifədən azad olunacaq, həm də cəzalanacaq. O ki qaldı hansısa iş adamının vəsaitləri mənimsəməsi ilə bağlı bu hadisələrə, birmənalı olaraq o dövlətdən götürdüyü vəsaiti qaytarmalıdır. Çünki o həmin vəsaiti götürəndə bunu dərk etməliydi. İndi də hüquq-mühafizə orqanları bunu araşdırır, hər şeyi həll edəcəklər.

Əgər o bunu pozaraq bu əməli edibsə, deməli, mənsub olduğu xəttə xəyanət edib”-deyə Siyavuş Novruzov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti