Ronaldu “Real”ı tərk edə bilər

Ronaldu “Real”ı tərk edə bilər
  30 May 2015    Oxunub:1805
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi komandanı tərk edə bilər. Bu barədə İspaniyanın nüfuzlu “Don Balon” nəşri məlumat yayıb.
“Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib. Pereslə Ronaldu arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldunun könlüncə olmayıb. O, həmçinin İspaniya KİV-lərinin “Real”ın növbəti baş məşqçi qismində şanslarını yüksək dəyərləndirdiyi Rafael Beniteslə işləmək istəmir.

Kriştianu Ronaldunun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.


Teqlər:





Xəbər lenti