Azərbaycanda 17 xəstəyə sümük iliyi köçürülüb

Azərbaycanda 17 xəstəyə sümük iliyi köçürülüb
  29 May 2015    Oxunub:1647
Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Respublika Talassemiya Mərkəzində talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il 10 xəstəyə, bu ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb.

Şöbə müdiri görülən işlərə baxmayaraq, xəstəliyin müalicəsinin çətin olması, ailə və uşaq üçün həddən artıq üzücü olması, xəstələrin sayının artmasını hazırkı dövrdə əhali arasında talassemiyanın qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasına zərurət yaratdığını qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi var


Teqlər:





Xəbər lenti