`Avropalı olmaq Azərbaycandan keçir` - Fransa jurnalı

`Avropalı olmaq Azərbaycandan keçir` - Fransa jurnalı
  29 May 2015    Oxunub:3360
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Fransanın məşhur L`OBS Le Plus jurnalında "Avropalı olmaq Azərbaycandan keçir" başlıqlı maraqlı məqalə dərc olunub.

Yazının tam mətni ilə BURADAN tanış olmaq olar.

AzVision.az həmin məqalənin tam versiyasını təqdim edir.

Avropada “Oyunlar”: Avropalı olmaq Azərbaycandan keçir

XIX əsrdə millətçiliyin yüksəldiyi Avropada, Pyer de Kubertən olimpiyanın dəyərlərini yeni uğuruna imza atdı. Idmanın beynəlxalq xarakterinin göstəricisi olan Avropa oyunlarına bərabər oyunlar sonradan Asiya, Amerika – Asiya oyunları və Amerika oyunları 1951 – və 1965-ci ildə Afrikada yayıldı. Ekranda görünməyən Avropadır.

İkinci Dünya müharibəsindən sonra və Avropa quruculuğunun ilk uğurlarına baxmayaraq, Oyunlar Avropada öz yerini tapmırlar. İki səbəb göstərilirdi: mövcud olan çox gərgin idman qrafiki və beynəlxalq federasiyalrın öz oyunları üzərində nəzarəti saxlamaq iradəsi.

2015-ci il “Avropa Oyunalrının” Azərbaycanda təşkili ilə olimpiyaçılığın və Avropaçılığın qayıdışı xəbərini verir.

Birinci Avropa Oyunlarını qəbul etmək üçün Avropanın sərhədində yerləşən Azərbaycanın seçimi qəribə görünə bilər. Bu, heç də elə deyil. Rusiyanın, Türkiyənin və İranın kəsiyində yerləşən Qafqazın bu kiçik Respublikası son illər dünya idmanının böyük aktoru kimi özünü təsdiq etmişdir. Müxtəlif idman növləri üzrə çoxsaylı Avropa və dünya çempionatlar təşkil etmişdir. Böyük oyunların təşkili təcrübəsinə malik Azərbaycan 2016-cı ildə `Formula-1` Avropa Grand Prisini qəbul edəcək və Skutizm üzrə 2017-ci ildə dünya Konfransının keçirilməsi bu yaxınlarda ona həvalə edilmişdir. Əla idman infrastrukturları Avropa Oliıpiya Komitəsini inandırmışdır. Mərc gələ bilərik ki, Avropa Oyunlarına ayrılan əhəmiyyətli investisiyalar gələcəkdə böyük tədbirlərin keçirilməsini asanlaşdıracaq.

Lakin oyunların təşkilindən başqa, Avropa kimliyi və quruculuğunun kosolodiasiyası kimi findamental sual qarşımızda durur. Uzun illər ərzində, idman Avropa siyasətçilərinin yadından çıxmışdır. Onun cəzbedici gücü və özünü, şəhəri, ölkəni təqdim etmək qabiliyyəti Avropaya məxsusluq kimliyinin ziyanına yerli və milli kimliklərin güclənməsi riskini artıra bilər. Bununla belə sual vermək lazımdır: idman bölüşdürülmüş Avropa kimliyinin inkişafına töhfə vermək iqtidarında deyilmi? Lissabon müqaviləsinin qəbul edilməsi və “Erasmus Plus” 2014-2020 proqramında idmana həsr edilmiş xüsusi fəslin tərtib edilməsi bir neçə cavab elementini özündə əks etdirir.

Populizm və ekstremizmin yüksəldiyi Avropada, xalqlar öz siyasi sistemlərinin sabitliyi və üstünlüyü haqqında sual verirlər və Avropanın nə məna kəsb etməsi haqqında soruşurlar. Avropa vətəndaşlarının gündəlik həyatını idarə edən və Brüsseldə müzakirə edilib qəbul olunan sənədlərin hazırlanması Avropaya məxsusluq hissini oyartmaq üçün kifayət deyil. Ən pisi isə, böhran dövründə bu şübhəyə, hətta Avropanın rəddinə gətirib çıxarır.

Ümumi elementlərin identifikasiyası həmişəkindn daha çox Avropa layihəsini gücləndirməlidir; idman bu baxımdan səfərbərlik bacarığı və konkret ölçülərinə görə xüsusilə fərqlənir. Bununla belə, Avropa masştabında idman tədbirlərinin keçirilməsi öz-özlüyündə kifayət etmir. Hər aktor – idmançılar, klublar, federasiyalar – gənclərdə Avropa ideyasının formalaşmasında öz roluna malik olmalıdır. Bu baxımdan, Avropa oyunlarında iştirak sonda bizim gənc publika üçün ən yaxşısını etmək üçün əsl motivasiya olacaqdır.




Teqlər:  





Xəbər lenti