Avropa Oyunlarına 441 nəfərlik heyətlə gedirik

Avropa Oyunlarına 441 nəfərlik heyətlə gedirik
  29 May 2015    Oxunub:1530
Azərbaycan I Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq.
Bunu Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarında 291-i idmançı, 150-si isə yardımçı şəxs olmaqla ümumilikdə 441 nəfər heyətlə təmsil olunacaq: “Bu isə daha çox nümayəndə heyəti ilə təmsil olunacaq Rusiyadan sonra ikinci göstəricidir. İnanıram ki, idmançılarımız Avropa Oyunlarında yüksək səviyyədə çıxış edərək bizi sevindirəcəklər”.



Teqlər:  





Xəbər lenti