Erməni əsgər xərçəngdən öldü

Erməni əsgər xərçəngdən öldü
  29 May 2015    Oxunub:2011
Ermənistanın Ararat vilayətinin Normarq kəndinin sakini, Ermənistan Silahlı Qüvvələrinin əsgəri Xdir Saroyan xəstəlikdən ölüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Ovannisyanın sözlərinə görə, 19 yaşlı əsgərdə xərçəng xəstəliyi aşkarlanıb.

“Hərbçi uzun müddət idi ki, Milli Onkologiya Mərkəzində müalicə alırdı, lakin müalicənin heç bir nəticəsi olmadı”, - deyə Ovannisyan vurğulayıb.

Əsgərdə hərbi xidmətə çağırışa qədər xəstəliyi aşkar etmək mümkün deyildimi sualına cavab olaraq Ovanisyan bildirib ki, hərbçi buna qədər xəstə olmayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti