MDB prezidentləri Astanada görüşəcək

MDB prezidentləri Astanada görüşəcək
  29 May 2015    Oxunub:1365
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkə başçılarının sammiti oktyabrın 16-ı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
AzVision.az Rusiya Kİv-nə istinadən xəbər verir ki, bu barədə MDB hökumət başçılarının iclasının yekunlarına dair brifinqdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Lebedevin sözlərinə görə, sammitdən bir gün qabaq Astanada MDB xarici işlər nazirinin görüşü baş tutacaq.

Qeyd edək ki, daha əvvəl sammitin oktyabrın 9-u keçirilməsi planlaşdırılırdı.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti