28 May Türkiyədə qeyd edildi

28 May Türkiyədə qeyd edildi
  29 May 2015    Oxunub:1167
Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada 28 May - Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil edib.
Bu barədə AzVision.az-a səfirlikdən məlumat verilib.

Tədbirdə Türkiyə Respublikası baş nazirinin müavini Yalçın Akdoğan, Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri - İsmet Sezgin və Hikmət Çətin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdulla Atay ilə yanaşı, 27 general, millət vəkili Sinan Oğan, müxtəlif siyasi partiyaların təmsilçiləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.
Səfir Faiq Bağırov çıxışında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkərək, Azərbaycan xalqının tarix boyu öz müstəqilliyi üçün böyük bədəllər ödədiyini vurğulayıb. Səfir həmçinin Azərbaycanın hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək, Bakının ilk Avropa Oyunlarını təşkil etmək hüququnu qazanmasının ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya sayəsində Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olduğunu qeyd edib.

Türkiyə Respublikası baş nazirinin müavini Yalçın Akdoğan isə çıxışında Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini, TANAP başda olmaqla birlikdə həyata keçirilən qlobal layihələr sayəsində iki ölkənin dünyanın parlayan ulduzlarına çevrildiyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti