`Mən erməni deyiləm...` - Rəşad Məmmədovdan mesaj

`Mən erməni deyiləm...` - Rəşad Məmmədovdan mesaj
  29 May 2015    Oxunub:5208
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovla görüşüb.

Bu barədə AzVision.az-a Elçin Behbudov özü məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rəşad Məmmədov dələduzluq maddəsi ilə həbs edilib.

“İstintaq təcridxanasında Rəşad Məmmədovla da görüşdüm. O dələduzluq maddəsi ilə ittiham olunaraq həbs olunub. Bundan əlavə vəkillə də təmin olunub. Rəşad Məmmədov saxlanma şəraitindən narazı deyil. Həmçinin bildirdi ki, şikayəti də yoxdur. İstintaq gedir. O, istintaqın gedişatından narazı olmadığını söylədi. Səhhəti yaxşıdır, hər hansı problem yoxdur”.

E.Behbudovun sözlərinə görə, R.Məmmədov onunla görüşdə erməni olması ilə bağlı yayılan iddialara aydınlıq gətirib: “Rəşad Məmmədov eməni olmadığını və bu məlumatların ağ yalan olduğunu bildirdi. Rəşad Məmmədov ermənilərlə heç bir qohumluq əlaqələrinin olmadığı dedi. Bildirdi ki, bu xəbərlər yalnışdır”.

Qeyd edək ki, R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti