TQDK müsabiqə elan etdi
Komissiyadan AzVision.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılır:
1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə bu məbləğlərdə mükafat təqdim olunacaq:
I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat
Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyulun 10-dək yazılı və ya elektron KİV-də dərc olunan (yerləşdirilən) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.
2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı.
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcəkdir. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:
I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat
Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyulun 10-dək televiziya və ya radioda yayımlanan materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.
Teqlər: