Yolu dəyişən və bağlanan avtobuslar -Siyahı

Yolu dəyişən və bağlanan avtobuslar -Siyahı
  29 May 2015    Oxunub:2564
Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşurutların son siyahısı bəlli olub.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən verilən məlumata görə, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb. İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.

2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "Xətai" metrostansiyası;
15 saylı avtobus xəttinin hərəkət istiqaməti "Qara Qarayev"
120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "20-ci sahə"yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.
70 saylı avtobus xətti - "Neftçilər" metrostansiyası;
82 saylı sərnişin avtobusu - "Ulduz" stansiyası;


İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti