APA TV 2 yaşını qeyd edir

APA TV 2 yaşını qeyd edir
  29 May 2015    Oxunub:1317
"APA Holding"in nəzdində fəaliyyət göstərən APA TV-nin fəaliyyətə başlamasından iki il ötür.
AzVision.az xəbər verir ki, canlı yayımla efirə çıxan APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır.

Müxtəlif səpkili 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir.

Kanalda siyasət və analiz proqramları, sosial verilişlər, mədəni-kütləvi proqramlar yayımlanır. APA TV Azərbaycanda internet televiziyaları arasında ən çox izləyicisi olan kanaldır.

TV-nin Azərbaycanın bölgələrində və bir neçə xarici ölkədə müxbir postları fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti