Güclü yağış Gəncəni işıqsız qoydu

Güclü yağış Gəncəni işıqsız qoydu
  29 May 2015    Oxunub:1938
Güclü yağış Gəncənin bəzi ərazilərini işıqsız qoyub.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dünən saat 18:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

“Azərişıq” ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyətin yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin aidiyyati strukturları gücləndirilmiş iş rejiminə keçib.


Teqlər:





Xəbər lenti