İlham Əliyev qubernatorla görüşüb

İlham Əliyev qubernatorla görüşüb
  27 May 2015    Oxunub:1422
Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısı qubernator Xaled Foudanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkəmizlə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını İlham Əliyevə çatdırıb. O, 28 May - Respublika Günü münasibətilə dövlət başçısını təbrik edib.


Teqlər:  





Xəbər lenti