Oman sultanı İlham Əliyevi təbrik edib

Oman sultanı İlham Əliyevi təbrik edib
  27 May 2015    Oxunub:1331
Oman sultanı Qabus bin Səid Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.
Oman sultanının məktubunda deyilir:

“Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzulayırıq”.


Teqlər:





Xəbər lenti