"Fransa “Qarabağ”-ı dəstəkləmir” -Fransız səfir

"Fransa “Qarabağ”-ı dəstəkləmir” -Fransız səfir
  27 May 2015    Oxunub:2381
"Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin separatçı rejimini dəstəkləmir. Eyni zamanda, Paris bu rejimin nümayəndələrinin Fransaya səfərinə nəzarət edə bilmir".
AzVision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə deyib.

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya sәfәrinin ATӘT-in Minsk qrupunun hәmsәdri olan bu ölkənin vasitəçi kimi imicinə necə tәsir edәcәyi barədə suala cavabında sәfir bunun məsələyə hansı mövqedәn yanaşmaqdan asılı olduğunu deyib: “Azәrbaycan tәrәfinin etiraz notasını xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfovla görüşdə qәbul etmişәm vә dәrhal Fransa tәrәfinә tәqdim etmişәm.

Son illәr Fransa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı bir çox tәşәbbüs hәyata keçirib. Bunu bir kənara qoysaq vә şәhәr merlәrinin tәşәbbüslәrini irәli çәksәk, bunun imicә mənfi tәsir etdiyini söyləmək olar. Amma Fransa çox tәdbir hәyata keçirib. Bunu unutmamaq lazımdır. Bako Saakyanın Fransaya sәfәrinin Azәrbaycanı çox narahat etmәsini anlayıram. O, әmәkdaşlıq sәnәdlәri imzalayır, bu Azәrbaycanın etirazına sәbәb olur. Bilirәm ki, Fransada da bu әmәkdaşlıqdan narazı olan insanlar var.

Azәrbaycan gözlәyir ki, BMT Təhlükəzilik Şurasının qətnamələri yerinә yetirilsin. Fransa separatizmi hәvәslәndirmәk niyyәtindә deyil. Fransada şәxslәrin özlәrinin tәşәbbüslәri varsa, hökumәt bu tәşәbbüslərin qarşısını ala bilmәz. Ancaq merlәr dә bu kimi fәaliyyәtlәrdən çəkinməlidirlər. Bu sәbәbdәn Senatda Fransa-Azәrbaycan qrupunun rәhbәri hökumәtә mәktub yazıb ki, Bako Saakyanla merlәrin imzaladığı sәnәdlərin nә dәrәcәdә qanunauyğun olduğu araşdırılsın".

"Birinci Avropa Oyunları idmançılar vә media baxımından böyük tәdbir olacaq"-deyən səfirin sözlәrinә görә, yarışa qatılacaq idmançıların sayına görə Fransa beşinci ölkәdir. Bu oyunlarda 250 fransız idmançının iştirak edəcəyini deyən səfir bildirib ki, ümumilikdә Bakıya Fransanın 450 nəfərlik nümayәndә heyəti gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti