`Müxalifət pula görə hər şey edər`

`Müxalifət pula görə hər şey edər`
  27 May 2015    Oxunub:2104
“Müxalifət sabah homoseksualları da müdafiə edəcək”
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqə münasibət bildirən partiya sədri bildirib ki, müxalifətin keçirdiyi mitinqlər əhəmiyyətsiz və mənasızdır.

“Bu mitinq bulanıq suda balıq tutmaq kimi bir şeydir. Mitinqi təşkil edənlərin bütün arzuları ürəklərində qalacaq”.

Araz Əlizadə müxalifəti ölüyə bənzədib: “Müxalifət onsuz da ölüdü. Ölülər üçün də ora gəlinməz. Əvvəlcə qiymətlərin artırılmasına görə mitinq keçirib, pul qazanmaq istədilər. İndidə Binəqədidəki yanğına görə şou yaratmaq istəyirlər. Sabah da deyərlər ki, homoseksualların hüquqları pozulub. Müxalifət başlayacaq ki, gəlin homoseksualların hüquqlarını qoruyaq. O birisi gün desələr ki, dünyada bütün ermənilərin hüquqları pozulur, onda onlar ermənilərin hüquqların qorumaqdan ötrü mitinq təyin edəcəklər. Təki bir səbəb tapsınlar və desinlər ki, biz də varıq. Müxalifət rəzil günündədir.

İnsanlararı öz ətraflarında toplmaq üçün bu cürə yollardan istifadə edirlər, çünki heç kəs gəlmir. Hansı axmaq insan dəfələrlə aldatmış bu insanların arxasıyca gedər?!”.

Fərrux


Teqlər:





Xəbər lenti