28 mayda hərbi yürüş olacaq

28 mayda hərbi yürüş olacaq
  27 May 2015    Oxunub:2021
Respublika Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12:00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Bundan əlavə, Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:

- Fəvvarələr meydanı;

- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);

- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;

- Zərifə Əliyeva adına park;

- Zabitlər parkı.

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaqdır.


Teqlər:





Xəbər lenti