`Nəslin kişisiyəm` - Röya `vor`luğundan danışdı

`Nəslin kişisiyəm` - Röya `vor`luğundan danışdı
  27 May 2015    Oxunub:20321
Röya son günlər mediada onunla bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, müğənni bu barədə ilk dəfə instagram hesabında məlumat paylaşıb.

Röya onu sosial şəbəkədə təhqir edən oğlanla görüşünü videoya çəkdiyinə də aydınlıq gətirib:

"Hərəniz bir şey dediz, amma o uşaq zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Günahkar onlar idi, lentə almaqda məqsədim isə, görüşdən sonra deyə bilərdilər ki, çağırıb təhqir etdi, əl qaldırdı. Məni qınamayın, başıma bir dəfə gəlib. Görüşdüm, gedib yazıb ki, Röya üstümə silah çəkib. Mən də bu hadisəni ehtiyatla və tərbiyə ilə görüşüb lentə aldım. Hamı yekə-yekə danışır. Unudursuz, mən də kiminsə bacısı, anasıyam, həm də nəslin kişisiyəm".

Röya onun haqqında danışıb-yazanlara da səslənib:

“Buradan hamıya səslənirəm. Gedin öz vedrənizə sahib olun. Sən kim idin ay Röya deyənlərə deyirəm, Röya məgər insan deyildi? Yoxsa dilənirdi adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edirsiniz. Media əhlinə isə buradan səslənirəm – özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hələ çox uzun yolumuz var birlikdə. Unutmayın. Hər kim olmuşamsa, bu mənim həyatımdır. Sizə düşməyib mənim həyatımı müzakirə etmək. Öz arxanıza baxın, önümüzü görmək çox asandır. Kasıb-varlı söhbətini də bağlayın. Çünki mən varlı ailənin qızı deyiləm”.

Müğənni bundan sonra onu təhqir edənlərin cəzasız qalmayacaqlarını deyib:

“Hamı yekə-yekə danışır. Amma unudursuz ki, mən də kiminsə anası-bacısıyam. Həm də nəslin kişisiyəm. Bütün mediaya sözüm olacaq. Amma indi yox. Unutdunuz ki, sosial şəbəkədə kişi-kişi danışanlar yox, məhz siz mənimlə bir yoldasız və üzbəüz gələcəyik. Yenə də qabağıma səs yazmayla siz çıxacaqsınız. Bunda sonra isə kim təhqir yazsa qanun qarşısında cavab verəcək. Daha ürəyi yumşaqlıq etmərəm!”

AzVision.az


Teqlər:  





Xəbər lenti