Prezidentin `sökün` dediyi villalar - FOTOLAR

Prezidentin `sökün` dediyi villalar - FOTOLAR
  27 May 2015    Oxunub:17668
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında qanunsuz tikililərlə bağlı məsələ qaldırdı. Ölkə başçısı “Dostluq” parkının ərazisində tikilən qanunsuz villaların sökülməsini əmr etdi: `Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər. Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib.

Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar`.

Ölkə başçısının bu çıxışından sonra müvafiq qurumlar hərəkətə keçərək qanunsuz tikililərin söküntüsünə başladı.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AzVision.az-a verdiyi açıqlamada prezidentin tapşırığının yerinə yetiriləcəyini, həmin ərazidə tikilən 42 villanın söküləcəyini bildirdi. Bakı meri kimliyindən aslı olmayaraq bütün villaların söküləcəyini bəyan etdi.

Buna baxmayaraq, qanunsuz tikilən villaların sahiblərinin kimliyi isə sual olaraq qalır.

AzVision.az `Amerikanın səsi`nə istinadən “Dostluq” Parkındakı villaların fotolarını təqdim edir:

Qalereya




Teqlər:  





Xəbər lenti