Kim Çen Inın qardaşı yoxa çıxdı

Kim Çen Inın qardaşı yoxa çıxdı
  23 May 2015    Oxunub:1619
Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Çxol itkin düşüb.
Məlumata görə, Cənubi Koreya mediası Kim Çen Inın qardaşının harda olduğu haqda araşdırma aparır.

Məlum olub ki, o, may ayının 20-də Londonda britaniyalı musiqiçi Erik Kleptonun konsertinə baxmağa gedib. Kim Çen Çxol növbəti gün yenə gitaraçının konsertinə tamaşa edib, sonra isə itkin düşüb.

İlkin versiyaya görə, Çxol Londondan Moskvaya, ordan da Pekinə uçmalı imiş. Ancaq hər iki reysdə onun qeydiyyata düşməsi haqda informasiya tapılmayıb.


Teqlər:





Xəbər lenti