Ağır qəza: ölən və yaralı var

Ağır qəza: ölən və yaralı var
  23 May 2015    Oxunub:2626
Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (Apa)


Teqlər:





Xəbər lenti