Hollandiyada niqab qadağan edildi

Hollandiyada niqab qadağan edildi
  23 May 2015    Oxunub:2626
Hollandiyada ictimai yerlərdə qadınların niqab geyinməsi qadağan edilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin toplantısında qərar qəbul olunub.

Yeni qəbul olunan qaydaya görə məktəblər, ictimai nəqliyyat vasitələri, xəstəxanalar və dövlət idarələrində burka, niqab, üzü örtən maska və s. bu kimi üzü örtən geyimlər geyinmək qadağandır.

Qərar barədə mətbuata açıqlama verən daxili işlər naziri Ronald Plasterk bildirib ki, niqab və burkanın qadağan olunmasında məqsəd təhlükəsizliyin təmin olunması və dövlətin daha yaxşı xidmət verə bilməsidir.

Nazir hesab edir ki, bu qərarın dini simvollarla bağlılığı yoxdur və insanların bir-birinin üzünü görməsi vacibdir.

İctimai yerlərdə üzü örtən geyimləri çıxarmayanlar isə 405 avro məbləğində cərimə ödəməli olacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti