Qaribaşvili İlham Əliyevə başsağlığı verib

Qaribaşvili İlham Əliyevə başsağlığı verib
  23 May 2015    Oxunub:1228
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir: "Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.

Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm".

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti