Yanan binanın təmiri 5 ay çəkəcək

Yanan binanın təmiri 5 ay çəkəcək
  23 May 2015    Oxunub:2180
Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.
Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb. (Apa)


Teqlər:





Xəbər lenti