Jurnalistlərin binasının üzlüyü sökülür - FOTOLAR

Jurnalistlərin binasının üzlüyü sökülür - FOTOLAR
  23 May 2015    Oxunub:3323
Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğından sonra binalarda penoplast üzlüklərin söküntüsünə başlanıb.
AzVision.az xəbər verir ki, respublika üzrə aparılan təmizləmə işləri jurnalistlər üçün Bibiheybət qəsəbəsində tikilən binadan da yan ötməyib. Artıq binanın üzlükləri sökülür.

Qeyd edək ki, yanğından sonra “Jurnalist Evi”nin də mühafizəsi gücləndirilib. Özəl mühafizə ilə yanaşı, bundan sonra binanı polis əməkdaşları da qoruyacaq. Artıq binanın mühafizəsinə polis də nəzarət edir. Jurnalistlərin binası Avropa Oyunlarının keçiriləcəyi bir neçə idman infrastrukturuna yaxın ərazidə yerləşir.





AzVision.az


Teqlər:  





Xəbər lenti