Çempion `Qarabağ` uduzdu

Çempion `Qarabağ` uduzdu
  23 May 2015    Oxunub:1934
Futbol üzrə Topaz Premyer Liqasının 35-ci turuna yekun vurulub.
Bu turda “Sumqayıt” - “Xəzər-Lənkəran” (2:0), “İnter”-“Qarabağ” (2:1), “Bakı”-“Neftçi” (0:0) və “AZAL”-“Simurq” (5:0) oyunları keçirilib.

Hesabında 68 xal olan “Qarabağ” komandası artıq əvvəlki turda çempionluğu təmin edib.

“İnter” 63 xalla ikinci, “Qəbələ” isə 51 xalla üçüncü pillələrdə qərarlaşıb.

“İnter Arena”da baş tutan “İnter”–“Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Ağdamın “Qarabağ” klubunun futbolçularına qızıl medallar və çempionluq kuboku təqdim edilib. “İnter” komandasının üzvləri isə gümüş medallarla təltif edilib.


Teqlər:





Xəbər lenti