`Azərbaycan üçün Allaha dua edirəm` - Qaynutdin

`Azərbaycan üçün Allaha dua edirəm` - Qaynutdin
  23 May 2015    Oxunub:3012
Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına böyük ehtiram dolu ən səmimi hisslərimi və dualarımı çatdırmaq istəyirəm. Azərbaycan xalqının çiçəklənməsi, öz həyatını yaxşılaşdırmaq, sivilizasiya və din naminə öz ölkəsini inkişaf etdirmək arzusunda xalqınızın yekdil olması üçün qadir Allaha dua edirəm. Əminəm ki, siz müdrik Prezidentiniz İlham Əliyevin rəhbərliyi ilə bu uğurlara nail olacaqsınız. Mən Azərbaycanı səmimi qəlbdən sevirəm.
AzVision.az xəbər verir ki, bu sözləri Azərtac-a Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin söləyib.

Rusiya Müftilər Şurasının sədri Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı xeyir-dua verərək bildirib ki, Azərbaycan beynəlxalq tədbirləri həmişə çox yüksək səviyyədə təşkil edir. O deyib: “Azərbaycan böyük mədəni ənənələr ölkəsidir. Əminəm ki, Bakıda birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Dua edirəm ki, bu müsəlman ölkəsi, qədim və zəngin mədəniyyəti olan ölkə bütün dünyaya nümunə göstərsin”.


Teqlər:  





Xəbər lenti