Prezident “ASAN xidmət”i nümunə göstərdi

Prezident “ASAN xidmət”i nümunə göstərdi
  23 May 2015    Oxunub:2266
“Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik”.

AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev "The Business Year" jurnalına müsahibəsində deyib.

“Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar”-deyə prezident qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti