718 şagird buraxılış imtahanlarına buraxılmayacaq

718 şagird buraxılış imtahanlarına buraxılmayacaq
  22 May 2015    Oxunub:1920
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şagirdlər haqqında məlumat açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu il tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilən 94 nəfər IX, 624 nəfər isə XI sinif şagirdi buraxılış imtahanlarına buraxılmır.

2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı 1258 nəfərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti