Azərbaycan ilk dəfə Rusiya ilə hərbi təlim keçirəcək

Azərbaycan ilk dəfə Rusiya ilə hərbi təlim keçirəcək
  22 May 2015    Oxunub:2153
İlk dəfə Xəzər dənizində Azərbaycan və Rusiya gəmilərinin birgə təlimi keçiriləcək.
AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, təlimdə 10-a yaxın gəmi iştirak edəcək.

“Xəzər dənizində iqtisadi obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar” mövzusunda keçiriləcək təlimlər zamanı hərbçilər Xəzər flotiliyası və Azərbaycanın gəmilərinin qarşılıqlı fəaliyyəti, Xəzər dənizində gəmiçilik və beynəlxalq dəniz fəaliyyətinin təmin edilməsi, dəniz və hava hədəflərinə birgə artilleriya zərbələrinin həyata keçirilməsi, qəza vəziyyətində olan gəmiyə yardım edilməsi və digər birgə gəmi təlimi məsələlərini öyrənəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti