Bu da yeni Bulvar - Fotolar

Bu da yeni Bulvar - Fotolar
  22 May 2015    Oxunub:5227
Bu gün Bakıda Böyükşor bulvarının və parkı istifadəyə verilib.
Bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb.

Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti