Xırdalan dairəsindəki tunel bağlanır

Xırdalan dairəsindəki tunel bağlanır
  22 May 2015    Oxunub:2326
I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində də yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır.
AzVision.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbə günündən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq.

Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.

Təmir işləri zamanı tunelin asfalt-beton örtüyünün yenilənməsi nəzərdə tutulub. Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri Xırdalan dairəsinin yan yolundan istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti