Nazirlik evi yanan sakinlərin borcunu siləcək

Nazirlik evi yanan sakinlərin borcunu siləcək
  22 May 2015    Oxunub:2877
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib.
Nazirin müşaviri Müşfiq Əmirov deyib ki, nazirlik zərərçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək.

Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti