Elnur `Eurovision`un finalında - VİDEO

Elnur `Eurovision`un finalında - VİDEO
  22 May 2015    Oxunub:11994
Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov bu mötəbər yarışmanın finalına vəsiqə qazanıb.

Elnur Hüseynov müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.

Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. O, səhnəyə fərqli hərəkət edən və vəhşi canavarları xatırladan isveçli rəqqaslarla çıxıb.

17 ölkə iştirakçısınin finala vəsiqə qazanmaq uğrunda apardığı mübarizədə təmsilçimizin ifası arenada çoşğuyla qarşılanıb.




Teqlər:  





Xəbər lenti