Etibar Babayev AzTV-dən çıxarıldı

Etibar Babayev AzTV-dən çıxarıldı
  22 May 2015    Oxunub:9238
2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olan Etibar Babayev AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu haqda AzNews.az-a AzTV-dən məlumat verilib.

Məlumata görə, həmin vəzifəyə may ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib.

Mənbə bildirir ki, bu günlərdə AzTV-də daha bir təyinat olub.

Televiziyanın sədri, millət vəkili Arif Alışanov öz köməkçisi Fərman Orucovu "İdman Azərbaycan" Televiziyasının direktoru təyin edib.

Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.


Teqlər:





Xəbər lenti