Azay Quliyev seçicilərilə görüşüb

Azay Quliyev seçicilərilə görüşüb
  22 May 2015    Oxunub:2041
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Fariz Eynullayev küçəsində yerləşən məhəllədə seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Azay Qulyev məşğulluq, əfv, təhsil, səhiyyə, sosial müavinətlər, mənzil təminatı, eləcədə hüquq-mühafizə orqanları, sahibkarlıq fəaliyyəti və digər məsələlərlə bağlı müraciət və şikayətləri dinləyib.

Bəzi müraciət və şikayətləri elə yerindəcə araşdıran millət vəkili onların həlli istiqamətində müvafiq qərarlar qəbul edib. Azay Quliyev həmçinin uzun müddət ev növbəsində dayanan həssas sosial qruplara aid insanların mənzillə təmin olunmaları ilə bağlı müraciətlərini Milli Məclisin və aidiyyəti dövlət qurumlarının qarşısında qaldıracağını bildirib.

Görüşdə iştirak edən Şirvan şəhər sakini Vaqif Cəfərov bu yaxınlarda cənab Prezident İlham Əliyev tərəfindən “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi fəxri” adı ilə təltif edildiyinə görə ölkə başçısına özü və Şirvan idmançıları adından dərin təşəkkürlərinin çatdırılmasını millət vəkilindən xahiş edib.

Azay Quliyev görüşdə seçicilər tərəfindən səsləndirilən bütün məsələlərin araşdırılacağını və onların icrasına nəzarət edəcəyini bildirib.

Şirvan şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Samit Hacıyev və digər səlahiyyətli şəxslər də görüşdə iştirak ediblər.


Teqlər:





Xəbər lenti