Məşəl Ucarda

Məşəl Ucarda
  21 May 2015    Oxunub:2543
lk Avropa Oyunlarının məşəli bu gün Ucar rayonuna çatıb.
Rayonun Koroğlu küçəsində tarix müəllimi Tağı Məmmədov məşəli qəbul edib. Məşəli daşımaq üçün rayonun 10 fəal gənci seçilib. Məşəl yürüşü Heydər Əliyev prospekti boyunca 2100 metr məsafənin qət edilməsi ilə Heydər Əliyev Mərkəzinin qarşısında sona çatıb. Güləş üzrə məşqçi Seymur Quliyev səhnəyə çıxaraq məşəli alovlandırıb.

Daha sonra növbə Avropa Oyunlarının çırağına çatıb. Ucara təhvil verilən çıraq "Bakı-2015"in simvolu kimi yarışlar bitənədək Heydər Əliyev Mərkəzində yanacaq. Daha sonra məşəl Göyçay rayonuna yola salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti