Məkkədə dünyanın ən geniş oteli tikilir – FOTOLAR

Məkkədə dünyanın ən geniş oteli tikilir – FOTOLAR
  21 May 2015    Oxunub:2518
Səudiyyə Ərəbistanının Məkkə şəhərində dünyanın ən geniş oteli tikiləcək.
AzVision.az “Telegraph” qəzetinə istinadən xəbər verir ki, səhrada tikiləcək oteldə 10 min nömrə olacaq.

Bu ağlasığmaz layihənin həyata keçirilməsinə 3,5 milyard dollar xərclənməsi planlaşdırılır. Otel tikintisinin 2017-ci ildə bitəcəyi gözlənilir. Dünyanın ən geniş otelinin müsəlmanların müqəddəs ziyarətgahı Məscidül-Həramdan 2,2 kilometr aralı yerləşəcək.

Layihəyə əsasən otel 12 ayrıca binadan ibarədə olacaq. Tikilidə 70 yaxın restoran, helikopter meydançaları, kral dairələri və konfrans otaqları və s olacaq.

12 binadan ikisi beşulduzlu, 10 isə dördulduzlu olacaq.

Qeyd edək ki, daha əvvəl dünyanın ən geniş oteli Las Veqasda idi. “The Venetian” otelində 7 min 117 nömrə olub.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti