“Qarabağ” çempionluq bayramı keçirməyəcək

“Qarabağ” çempionluq bayramı keçirməyəcək
  21 May 2015    Oxunub:1516
Azərbaycan Premyer Liqasının 35-ci turunun sabah keçiriləcək “İnter” - “Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib ki, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verilib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal xüsusi təmtəraq olmadan təqdim ediləcək. Yəni hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Qeyd edək ki, “İnter” - “Qarabağ” oyunu sabah saat 20.00-da “İnter Arena”da başlanacaq.
(qol.az)


Teqlər:





Xəbər lenti