Əsgər analarının Ermənistanda aksiyası - FOTOLAR

Əsgər analarının Ermənistanda aksiyası - FOTOLAR
  20 May 2015    Oxunub:1708
Bu gün İrəvanda Ermənistan prezidentinin ofisi qarşısında etiraz aksiyası keçirilib.
Bu barədə AzVision.az epress.am saytına istinadən xəbər verir.

Məlumata əsasən aksiyada 100 nəfər iştirak edib. Aksiyada “Hər əsgər – mənim oğlumdur!”, “Qətllərin ədalətli istintaqını tələb edirik!”, “Əsgəri qorumaq lazımdır”, “Ordu - ətçəkən” şüarları ilə keçirilib.

İştirakçılar qeyri-müharibə şəraitində ölən əsgərlərin analarına qarşı polislərin güc tətbiq etməsini kəskin şəkildə pisləyib.
Etirazçılar həmçinin, Xüsusi istintaq komitəsini zor tətbiq etmiş polisləri məsuliyyətə cəlb etməyi tələb ediblər.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti