“Salam “Twitter”. Bu, mənəm Obama”

“Salam “Twitter”. Bu, mənəm Obama”
  19 May 2015    Oxunub:2117
ABŞ prezidenti Barak Obama “Twitter” mikrobloqunda özünə hesab açıb.
AzVision.az-ın məlumatına görə, ABŞ prezidentinin hesabı belədir: https://twitter.com/POTUS.

Artıq ABŞ prezidenti öz ilk “tweet”ini də paylaşıb: “Salam, Twitter. Bu Barakdır. Həqiqi! Altı ildir ki, vəzifədəyəm və nəhayət onlar mənə öz hesabımı hazırladılar”.

Hesabın yeni açılmasına baxmayaraq. ABŞ prezidentini artıq 1,51 milyon insan izləyir. Obamanın özü isə 65 nəfəri izləyir.



POTUS niki Obamanın vəzifəsinin tam adının abreviaturasını bildirir - President of the United States (ABŞ prezidenti)

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti